Qətlə yetirilən türkiyəli aktrisa və aparıcı Defne Coy Fosterin ölümünün 6-cı ilidir.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, anım mərasiminə aparıcının anası Hatice Foster və ailə dostları qatılıb.

Göz yaşlarını tuta bilməyən H.Foster "6 ildir ki, ürəyim qan ağlayır. 6 ildir qızımın sümükləri sızıldayır. Hələ də daxilimdə günahkarların öz cəzasını tapacağına dair ümidim var" deyib.

Qeyd edək ki, Dəfnə Coy Foster 2011-ci ildə jurnalist Əhməd Altanın oğlu Kərəm Altanın evində dünyasını dəyişib. Tibbi ekspertiza aparıcının "Astma, spirtli içki və dərmanlar səbəbiylə öldüyü qənaətinə gəlmişdi. Lakin daha sonra K.Altan haqda "D.C.Fosterin ölümünə səbəb olma ittihamı ilə cinayət işi açılmışdı. Aparıcının anası jurnalistin oğlunu vaxtında təcili tibbi yardım çağırmamaqda günahlandırırdı.

"6 ildir ki, ürəyim qan ağlayır" - öldürülən aparıcının anası


Похожее изображение
Картинки по запросу defne joy