Azərbaycan Müdafiə Nazirliyində bir həftə əvvəl vəzifəsindən azad edilmiş polkovnik rütbəli iki zabit nazirlikdə yeni vəzifəyə təyin olunublar.

Unikal.org-un "AzeriDefence-ə istinadən məlumatına görə, Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Elxan Məcidov vəzifəsindən azad edildikdən dərhal sonra Maddi-Texniki Təminat Baş İdarəsinin planlaşdırma şöbəsinə rəis təyin edilib.

Müdafiə Nazirliyinin Daxili təhlükəsizlik idarəsinin rəisi polkovnik Ramin Əsgərov isə başqa bir idarəyə şöbə rəisi təyin edilib.

Qeyd edək ki, polkovniklər - Elxan Məcidov, Ramin Əsgərov və HDQ komandanı vəzifəsini icra edən Hicran Rüstəmzadə işlərində yol verdikləri nöqsanlarla əlaqədar Prezident Adminstrasiyası məsələyə qarşıandan sonra vəzifələrindən azad edilmişdilər.

Polkovnik Elxan Məcidov uzun müddət Baş Qərargah rəisi Nəcməddin Sadıkovun köməkçisi olub. Ramin Əsgərovun isə N. Sadıkovla yaxın qohum olduğu bildirilir.