101 yaşlı Fənar Quluyevagörənləri təəccübləndirib.

Unikal.org-un ARB 24-ə istinadən xəbər verir ki,1 əsr yaşı olsa da, nə həkimə gedib, nə də dərman qəbul edən ağbirçək nənəözü barəsində məlumat verərək gördüyü işlərdən danışdı:

"25 nəvəm var.Oğlanlarım, gəlinlərim mənə yaxşı baxıblar. Ona görə də nə xəstələnməmişəm, nə də dərmandan istifadə etmişəm. Gözüm də görür. Corab toxuyuram, Jaket hörürəm. Eynəkdən də istifadə etmirəm".

Fənar Quluyeva Kəlbəcər rayonunda doğulub, böyüyüb. 9 övladı, 25 nəvəsi, 29 nəticəsi və 3 kötücəsi var:

"25 nəvəm var. Oğlanlarım, gəlinlərim mənə yaxşı baxıblar. Ona görə də nə xəstələnməmişəm, nə də dərmandan istifadə etmişəm. Kəlbəcərdə olmuşuq. Havası təmiz olub. Erməni bizi didərgin saldı. Olanımız erməniyə qaldı".

Fənar nənə gənclərə uzunömürlu olmağın sirrini də açıqladı:

"Çörək yeməsinlər.Çörək adamın ömrünü gödəldir. Az yemək yeyirəm.Az yemək məni saxlayır. Məndə təzyiq yoxdur".