Yeni il gecəsi İstanbuldakı "Reina gecə klubunda qətliam törədən terrorçunun arvadı da yaxalanıb.

Unikal.org "Milliyetə istinadən xəbər verir ki, məlum cinayətlə bağlı saxlanılan və məhkəmə qarşısına çıxarılan 11 şəxs arasında olan Zarina N-in terrorçu Abdulkadir Maşaripovun həyat yoldaşı olması üzə çıxıb. Məlum olub ki, həmin qadın da İŞİD üzvüdür və terrorçu ilə birgə hərəkət edib.

Qeyd edək ki, A.Maşaripov tutulandan sonra onun azyaşlı oğlu da tapılmışdı.