Suriyanın paytaxtı Dəməşqdə Rusiya səfirliyi atəşə tutulub.

Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumata görə, səfirlik fevralın 2-i və 3-də minaatanlardan atəşə tutulub.

Hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb.