Almaniya polisi ölkədə terror aktı hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb. O, Frankfurt-Mayn aeroportunda ölkəni tərk etməyə cəhd göstərərkən saxlanılıb.

Unikal.org xəbər verir ki, 21 yaşlı oğlan Reyn-Nekkar regionunda yaşayıb və Rumıniya vətəndaşıdır. Polisin məlumatına görə o, terror aktı hazırlamaqla məşğul olub və bunu internetdə öz yoldaşları ilə müzakirə edib.

İstintaq hesab edir ki, oğlan gələcək hücuma hazırlıq üçün Rumıniyaya getməyə hazırlaşıb. Onun terror aktını məhz harada törətməyə hazırlaşması məlum deyil. Polislər şübhəli bilinən şəxsin mənzilində axtarış aparıblar, onun bütün qeydlərini və elektron daşıyıcılarını götürüblər.