Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun (İYTİ) kimya bölməsinin əməkdaşları səhiyyə sahəsində önəmli yeniliyə imza atıblar.

Unikal.org azertac-a istinadən xəbər verir ki, yeni mobil tətbiq vasitəsilə qan analizi nəticələrini sürətli, ucuz və rahat əldə etmək mümkün olacaq. Belə ki, əvvəlcə xəstədən alınan qan xüsusi kağızın üzərinə hopdurulur. Həmin qan kağızın tərkibindəki xüsusi maddələrlə reaksiyaya girdikdən sonra telefonla şəkli çəkilir. Daha sonra telefona yüklənmiş müvafiq mobil tətbiqetmə vasitəsilə qan analizinin nəticələri əldə edilir. Tədqiqatçılar bu layihənin həyata keçirməkdə əsas məqsədin qan analizinin nəticələrinin daha asan və qısa müddətdə əldə etmək olduğunu bildiriblər.

Bu üsulla qanda hepatit B və C viruslarının olub-olmamasını da müəyyən etmək mümkün olacaq.