İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən məhşur modelyer Barbasos Şansal haqqında aparılan istintaq tədbirləri yekunlaşıb.

Unikal.org xəbər verir ki, Şansalla bağlı hazırlanan iddianamədə onun "xalqı kin və düşmənçiliyə təhrik" cinayət əməlinə görə 1 ildən 3 ilə qədər azadlıqdan məhrum olunmağı tələb olunub.

İddianamədə modelyerin tvitləri yer alıb və sənəd baş prokurorluq tərəfindən təsdiqlənib.

Qeyd edək ki, Barbaros Şansal paylaşımında "mənə səfalətin adını yaza bilərsənmi, Abidin? Bu qədər jurnalist həbsdəykən, uşaqlar təcavüz görərkən, ölkədə korrupsiya, rüşvət baş alıb gedərkən siz hələ də yeni ili qeyd edirsiniz?" ifadəsini işlədib.qafqazinfo