Avstriya polisinin paytaxt Vyanada keçirdiyi əməliyyat nəticəsində 22 nəfər saxlanılıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, onların hamısı milliyyətcə çeçendir.
Saxlanılan şəxslərdən odlu silah götürülüb.
Saxlanılanlar toy şənliyinə qatıldıqlarını bildirsələr də, yaşadıqları evlərin yaxınlığında silah-sursat aşkar edilib.