Rusiyada bomba həyacanı yaşanıb.

Unikal.org
Rusiya mətbuatına istinadən xəbər verir ki,  hadisə Çelyabinski hava limanında qeydə alınıb. 

Naməlum şəxs hava limanının mətbuat xidmətinə zəng edərək binada və ya təyyarələrdən birində partlayıcı qurğu olduğuna dair məlumat verib.

Bundan sonra sərnişin və işçi heyəti təxliyə olunub.

Xüsusi-xidmət orqanlarının əməkdaşları hava limanı və təyyarələrdə axtarışlar aparıblar, nəticədə bomba tapmayıblar.