Latviya-Rusiya sərhəddində qeyri-leqal miqrantların qarşısını almaq üçün 23 km uzunluğunda hasar tikilib.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Latviya dövlət sərhəd xidmətinin mətbuat katibi Yevgeni Poznyak bildirib.
Onun sözlərinə görə, tikinti işləri 2015-ci ildən başlayıb və 2019-cu ildə yekunlaşacaq. O həmçinin diqqətə çatdırıb ki, 2017-ci ildə hasarın tikintisinə 6,5 milyon avro ayrılıb.
Ümumilikdə hasarın tikintisinə 17 milyon avro ayrılması planlaşdırılır.