ABŞ-ın Dallas şəhərinin aerportunda Norveçin keçmiş baş naziri Helye Maqne Bundevik terrorçu zənn edilərək saxlanılıb.
Unikal.org xarici mediaya istinadən bildirir ki, təhlükəsizlik xidmətinin əməkdaşları keçmiş baş nazirin pasportunda onun 2014-cü ildə İrana səfər etdiyi haqda qeydi görən kimi ondan şübhələniblər və bir saat ərzində saxlayıblar. Bundevik insidenti şərh edərkən deyib ki, o, ölkəyə terrorçuların keçə biləcəyi barədə ABŞ hakimiyyətinin narahatlıqlarını tam başa düşür. "Lakin məni buraxmaq üçün diplomatik pasportuma baxmaq kifayət idi, orada göstərilir ki, mən baş nazir olmuşam", - Bundevik bildirib.
Bundevik 2001-2005-ci illərdə Norveçin baş naziri olub, bu ölkənin ən nüfuzlu siyasətçilərindən biridir.