Əfqanıstanda kəskin hava şəraiti onlarla insanın ölümünə səbəb olub.
Bu barədə "Anadolu" agentliyinə Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin rəhbəri Səid Abdulla Hamayun məlumat verib.
Onun sözlərinə görə, ölkənin Badahşan, Bamian, Pərvan və Herat bölgələrində əlverişsiz hava şəraiti, qar uçqunları nəticəsində 37 nəfər həlak olub.
Güclü qar səbəbindən Hindquş dağlarındakı strateji keçid - ölkənin şimal vilayətlərini əlaqələndirən Salanq tuneli bağlanıb.
Bununla yanaşı, beynəlxalq Kabil aeroportunun da reysləri təxirə salınıb.