Estoniyanın xanım prezidenti Kersti Kalyulayd Finlandiyada keçirilən qadınlar arasında sərbəst üslubda 50 km-lik xizək marafonunda iştirak edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, prezident finiş xəttinə 4 saat 7 dəqiqəyə çataraq, 70-ci olub. Ümumilikdə marafonda 215 nəfər iştirak edib.

Marafona həmçinin prezidentin həyat yoldaşı Qeorqi-Rene Maksimovski də qatılıb.

Kalyulayd idmana olan marağı ilə tez-tez gündəmə gəlir. Ötən həftə isə o, 30 km-lik Vilyandi gölündə kankisürmə üzrə Mulgi marafonunda çıxış etmişdi.