Əfqanıstanda qar uçqunlarında ölənlərin sayı 100 nəfəri ötüb.
Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Nuristan əyalətində iki yaşayış məntəqəsi qar altında qalıb.
Kəndlərin birində xilasedicilər 50 nəfəri uçqun altından çıxararaq xilas edib.
Uçqunlara səbəb üç gün ərzində aramsız yağan qar olub.