Türkiyənin Çanaqqala vilayətində 5,3 bal gücündə zəlzələ olub.
Unikal.org Anadolu agentliyinə istinadən xəbər verir ki, episentri Egey dənizində, dərinliyi 5,5 km olan zəlzələ Muğla, Aydın, İzmir, Bursa və İstanbulda da hiss edilib.
Çanaqqala valisi Orxan Tavlı ilkin məlumatlara görə hadisə nəticəsində zərərçəkənlərin və dağıntıların olmadığını bildirsə də, Yuxarıköy kəndində bəzi evlərə ziyan dəydiyi bildirilir. Kənddə 2 nəfərin də xəsarət aldığı bildirilir.