Əfqanıstanda qar uçqunlarında ölənlərin sayı 100 nəfəri ötüb.
Unikal.org xəbər verir ki, Nuristan əyalətində iki yaşayış məntəqəsi qar altında qalıb. Kəndlərin birində xilasedicilər 50 nəfəri uçqun altından çıxararaq xilas edib.
Uçqunlara səbəb üç gün ərzində aramsız yağan qar olub.
Əfqanıstanın təbii fəlakətlərin nəticələrinin ləğvi üzrə naziri Ömər Məhəmmədi deyib ki, Təbii fəlakət nəticəsində 168 ev dağılıb, 340 baş mal-qara ölüb.apa