Kişilər onları bezdirən arvadlarını satırdılar. Bu təcrübə XVIII-XIX əsrlərdə İngiltərədə tətbiq edilib.

Unikal.org xəbər verir ki, ötən əsrlərdə də qadınların vəziyyəti heç də qibtə ediləcək səviyyədə olmayıb. Belə ki, ailə qurandan sonra onlar ərlərinin mülkiyyəti hesab edilirdi. Ərləri onlarla istədikləri kimi rəftar edir, hətta İngiltərədə qadın kişini bezdirəndən əri onu sata bilərdi. Bu adət yalnız orta əsrlərdə deyil, XVIII-XIX əsrlərdə də mövcud idi.

Hətta bu hadisələri təsvir edən əsərlər də yaradılırdı. Məsələn Tomas Hardinin "Mer Kestenridja əsərində qəhrəmanın öz xanımını satması təsvir edilir. Satış demək olar ki, standart formada olurdu. Ər arvadının boynuna xalta salaraq onu satış meydanına gətirir, piştaxtanın üzərinə qaldırırdı. Daha sonra hərrac yollu ilə ticarət başlayırdı. Ən çox pul verənə isə qadın satılırdı.

O vaxtlar, bu cür hadisələr qəzetlərdə də işıqlandırılırdı. Belə satışlar barədə ilk informasiya 1733-cü ilə təsadüf edir. Həmin yazıda Semuyel Uaytxausun bir funt sterlinqə öz arvadı Meri Uaytxausu Tomasa Qriffitsa satdığı qeyd olunur. Həmçinin bildirilir ki, cənab Qriffits qadının bütün çatışmazlıqlarına baxmayaraq onu qəbul etməli idi. Qəzetlərdə yazılana görə, hətta bir xanım cəmi 1 penniyə satışa çıxarılıb. Maraqlısı budur ki, fermerlər onu almaq üstündə dava ediblər. Nəticədə altı penniyə satış baş tutub. Nə qədər qəribə səslənsə də, satış tərəflərin razılığı ilə gerçəkləşirdi. Bəzən satışdan sonra bu üç nəfər satışı ən yaxınlıqdakı kafelərdə qeyd edirdilər.

Ən qəribə satışlardan biri də 1830-cu ildə baş tutub. Belə ki, həmin satışda kişi ticarətdən imtina etsə də, qadın özü-özünü satışa çıxarıb: "Mən dəyişmək istəyirəm, satılıram deyə səslənib.

Ərlərin arvadlarını satması barədə son rəsmi sənəd 1913-cü ilə aiddir. Məhkəmədə ifadə verən qadın ərinin onu 1 funt sterlinqə iş yoldaşına satdığını deyib.publika.az