Ukrayna Dövlət Nüvə Təftişi Müfəttişliyinin rəhbəri Sergey Bojko iş yerində dünyasını dəyişib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Bojko MAQATE və digər agentliklərlə əməkdaşlıq edirdi. Dövlət müfəttişinin 58 yaşı olduğu bildirilir.

Qeyd edək ki, Sergey Bojko 2014-cü ildən başlayaraq müfəttişliyə rəhbərlik edirdi.