Şəmkirdə 38 yaşlı piyada vurulub.
Unikal.org ARB Kəpəz-ə istinadən xəbər verir ki, kənd sakini 38 yaşlı Elnarə Hüseynova yaşadığı evin yaxınlığında oğlu 13 yaşlı Nəbi Hüseynov ilə yolu keçmək istəyərkən "Niva" markalı avtomobil onu vurub. Sürücü və iki sərnişini qadını yaralı halda qoyaraq ərazidən uzaqlaşıb.
Yaralı əvvəlcə Şəmkir rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncədəki özəl xəstəxanalardan birinə, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.