Böyük Britaniyada xüsusi antiterror əməliyyatı zamanı 300 şübhəli saxlanılıb, 800 ədəd silah-sursat müsadirə edilib.
Unikal.org "Telegraph qəzetinə istinadən verdiyi xəbərə görə, Cinayətkarlığa qarşı milli agentlik və polis tərəfindən birgə keçirilən əməliyyat bir ay davam edib.
Müsadirə edilən silahlar arasında 200 tapança, iki pulemyot, 11 tüfəng, bir neçə min patronun olduğu bildirilir.İstintaqın gedişi ilə əlaqədar saxlanılanların şəxsiyyəti açıqlanmır.