Balakəndə keçmiş məhkum intihar edib.

Unikal.org xəbər verir ki, hüquq-mühafizə orqanlarından apa-ya verilən məlumata görə, fevralın 6-ı, günorta saatlarında rayonun Qullar kənd sakini, 1979-cu il təvəllüdlü Cavid Cirac oğlu Papaxovun meyiti kənd ərazisində yardımçı tikilinin çardağında asılı vəziyyətdə aşkar edilib.

İkin araşdırma zamanı 38 yaşlı Cavid Papaxovun hələ ki, məlum olmayan səbəbdən intihar etməsi məlum olub. Məlumatda bildirilir ki, tüfeyli həyat tərzi keçirən Cavid Papaxov əvəllər oğruluq etdiyi üçün məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.