Şəki şəhərində gənc oğlan qollarını kəsərək özünə xəsarət yetirib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü yerli sakin Elnur Səmədov Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Zərərçəkənə tibbi yardım göstərildikdən sonra o, ambulator müayinə buraxılıb.
Hazırda hadisənin hansı səbəbdən baş verdiyi ilə bağlı araşdırma aparılır.