Şamaxı rayonunda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 22:32 -də Qobustandan 23 km cənub-qərbdə, Şamaxı rayonu ərazisində qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3, dərinliyi 12 km olub. Zəlzələ hiss olunmayıb.