Şəmkirdə 10 yaşlı uşaq faciəli şəkildə ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, fevralın 6-da Şəmkir şəhərində yaşayan 10 yaşlı Röyal Qasımov həyətlərində ağacdan asılan kəndirlə oynayarkən ehtiyatsızlıqdan kəndir boğazına dolandığından, boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.