Göygöl rayonunda qadın sürücü qəzaya düşərək ölüb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə fevralın 7-də rayonun Aşıqlı kəndində baş verib.

Belə ki, Tovuz rayon sakini Xatirə Alyanova idarə etdiyi "Great Wall" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü X.Alyanova hadisə yerində ölüb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.