Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİDYPİ) Növbətçi Hissəsinin sürücüsü, polis serjantı Əliş Kərimov vəzifəsindən azad edilib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə BŞBPİDYPİ-dən məlumat verilib.

Məlumata görə, Ə.Kərimovdan izahat alınıb, xidməti yoxlama aparılıb.

O, vəzifə borcunu yerinə yetirərkən işinə qarşı laqeyd münasibət bəslədiyinə görə polis sıralarından xaric edilib.

Qeyd edək ki, fevralın 2-dən 3-nə keçən gecə Ə.Kərimov ona təhkim olunmuş "90-YP-460" dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobili küçədə saxlayaraq ərazidən uzaqlaşıb. Avtomobil BŞBDYPİ-nin Növbətçi Hissəsinə məxsusdur. Ə.Kərimov Növbətçi Hissə rəisi, polis mayoru İlqar İbrahimovun sürücüsü işləyib.