Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ermənilərin əlinə düşən Elnur Hüseynzadə ilə bağlı tərəflərlə dialoqa başlayıb.

Unikal.org xəbər verir ki, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlama verib.

Bildirib ki, BQXK saxlanılan şəxsə baş çəkmək üçün aidiyyəti tərəflərlə ikitərəfli konfidensial dialoq aparır: "Münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmə beynəlxalq humanitar hüquq normalarına görə BQXK-nın mandatıdır.

Qeyd edək ki, Azərbaycan vətəndaşı E. Hüseynzadə bir neçə gün əvvəl Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.