Bakı Metropolitenində oğurluq hadisəsi baş verib.
Unikal.org a24.az-a istinadən xəbər verir ki, metronun "20 Yanvar stansiyasına gedən yeraltı keçiddə naməlum şəxs soyğunçuluq yolu ilə Masallı rayon sakini Fəttah Mehdiyevin mobil telefonunu alıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini Ağa Əliyev tutulub.