İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova barəsində 1 il 3 ay müddətinə şərti cəza seçilərək o, məhkəmə zalından azadlığa buraxılıb.

Vaxtilə onun hüquqlarını müdafiə edən millər vəkili Çingiz Qənizadə Unikal.org-a açıqlamasında bunları deyib: "Məhkəmə qərar qəbul edib, prokurorluqla da razılaşıblar. Şərti cəza verilib. Həmişə azdlıqda. Arzu edərdim ki, gələcəkdə xoşagəlməz hadisələrdə adı hallanmasın. Bundan sonra kiminlə oturub durduğunu da qabaqcadan müəyyən etsin".

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

Həsən Babayev