İqtisadiyyat Nazirliyi beynəlxalq danışıq tarifləri ilə bağlı məlumat yayıb.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, beynəlxalq danışıq tariflərinin dəyişdirildiyi ilə bağlı mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir.

Nazirlik xatırladır ki, Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə beynəlxalq danışıq tarifləri zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən azaldılaraq bütün zonalar üzrə 1 dəqiqə üçün 32 qəpik səviyyəsində müəyyən edilib. Bu tariflər 1 yanvar 2014-ci il tarixindən qüvvəyə minib və hazırda da qüvvədədir.