Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Tatarlı kəndi yaxınlığında qeydə alınıb. Rayon sakini 1984-cü il təvəllüdlü Mirzəyev Mahir Nökər oğlu idarə etdiyi "Opel markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü hadisə yerində ölüb.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.