Bu gecə Gədəbəy rayonu, Kərimli kəndində vətəndaşa məxsus fəaliyyət göstərməyən, konstruksiyadan ibarət ümumi sahəsi 24 m2 olantaxta çayxananın yanar konstruksiyaları yanıb.

Unikal.org FHN-in saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.