Naxçıvan Muxtar Respublikası əhalisinin sayı açıqlanıb.

Unikal.org muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Naxçıvan əhalisinin sayı 450 minə yaxınlaşır.

Komitədən bildirilib ki, 2016-cı ilin dekabrın 1-ə olan məlumata görə, muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4815 nəfər və ya 1,1 faiz artaraq 448 807 nəfər təşkil edib.