Abşeron rayonunda silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Qobu qəsəbə sakini Bəhruz Muxtarovun idarə etdiyi "Chevrolet-Niva" markalı avtomobilə baxış zamanı oradan "AK-74" markalı silah, 1 ədəd patron darağı və 5 ədəd patron götürülüb.