Ağstafa Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Leyla İsayeva vəzifəsindən azad olunub.

Unikal.org "Report"a istinadən xəbər verir ki. onun yerinə Kamran Yahya oğlu Abbasov təyin edilib.

K.Abbasov bu təyinata qədər Ağstafa Rayon İcra Hakimiyyətində (RİH) çalışıb.

L.İsayeva isə Ağstafa RİH-də İnformasiya təminatı və təhlil sektorunun mudiri vəzifəsini icra edəcək.