Bakıda Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclası keçiriləcək.

Unikal.org-un məlumata görə, iclas martın 15-16-da olacaq. AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Sezar Florin Preda da toplantıda iştirak edəcək. O, "Fövqəladə qaçqın hallarının maliyyələşməsi yollarının inkişafına dair hesabat təqdim edəcək və bunun əsasında qətnamə qəbul olunacaq.

Yığıncaqda bir sıra digər hesabatlar da dinləniləcək, həmməruzəçilər təyin ediləcək.