Azərbaycanın tanınmış gülüş ustası, xalq artisti Arif Quliyev unikal.org-a müsahibə deyib ki, hər ay ən azı avtomobililə 2 dəfə rayon, 3 dəfə Bakıda radara düşür. Sonra da gedib cəriməmi ödədiyini vurğulayıb. O, qeyd edib ki, yol polisləri sağ olsunlar, pulu alandan sonra ona yaxşı hörmət edirlər.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov unikal.org-a münasibət bildirib. O, Arif Quliyevin bu sözləri zarafatla işlətdiyini dilə gətirərək hər deyilənin ciddi qəbul edilməsinin əleyhinə olduğunu diqqətə çatdırıb:

"Arif müəllim ola bilər ki, zarafat edir. Ən azından Arif müəllim sağ olsun ki, səmimi olaraq törətdiyi yol xətasını etiraf edir və tətbiq olunan cəriməni vaxtında ödəyir. Eyni zamanda O, polisə qarşı müsbət təbliğat aparır. Arif müəllim demək istəyir ki, kim olursan ol, radar kameraları vətəndaşları kateqoriyalara bölmür və hər kəs törətdiyi xəta ilə əlaqədar tətbiq olunan cəriməni ödəməlidir. Yol polisinin məşhur Arif Quliyevlə nə işi var? İşimizi-gücümüzü atıb onu güdmürük ki? Kimsə polisə qarşı aqresivlik nümayiş etdirirsə, məhkəmə qarşısında cavab verir. Xəta törədirsə, qanunvericiliyə uyğun olaraq cəzalandırılır.

Zaurə Əmirova