Akif Çovdarovun məhkəməsində şahidlər dindirilib.
Unikal.org Apa-ya istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Kürdəmir rayon şöbəsinin keçmiş rəisi Hikmət Quliyev və Kürdəmir rayon bələdiyyə sədri Nofəl Qasımov şahid qismində ifadə veriblər.
N. Qasımov bildirib ki, Kürdəmirdə "Xatirə" restoranı 2000-ci ilədək fəaliyyət göstərib. Onun sözlərinə görə, Şeyman İmanov adlı şəxs həmin ərazini o vaxt carəyə götürüb.
Hikmət Quliyev isə deyib ki, həmin restorana gedən yol "Raf 2006" MMC tərəfindən kəsildikdən sonra restoranın sahibi Şeyman İmanov məhkəməyə müraciət edərək restorana yol açılmasını istəyib. Həmin məsələdə məhkəmə Ş. İmanovun xeyirinə qərar qəbul edib. Lakin Ş. İmanov gəlib məhkəmə qətnaməsini almayıb.
Həmin məsələyə münasibət bildirən A. Çovdarov deyib ki, məhkəmə mənasız məsələləri araşdırır.
Proses günün ikinci yarısında davam edəcək.