Dağlıq Qarabağda daha bir erməni əsgəri ölüb, daha biri isə ağır yaralanıb.
Unikal.org Ermənistan mətbuatına istinadən xəbər verir ki, 1979-ci il təvəllüdlü Qeham Henrixoviç Manukyan həyatını itirib. Erməni tərəfi onun Azərbaycan ordusunun atəşi nəticəsində öldüyünü iddia edir.
Bildirilir ki, atışma zamanı daha bir erməni əsgəri, 1998-ci il təvəllüdlü Koryun Kamo Kirakosyan yaralanıb. Başından ağır yaralanan erməni əsgər Ağdərə xəstəxanasında əməliyyat olunur. Əsgərin vəziyyətinin ağır olduğu deyilir.