Bu gün Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki Azerspace-1peykinin orbitə buraxılmasının dördüncü ildönümüdür.
Unikal.org xəbər verir ki, "Azərkosmos" ASC-nin yaydığı məlumata görə, "Azerspace-1 telekommunikasiya peyki 8 fevral 2013-cü il tarixində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan region) yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.
Bugünədək tutumlarının 78%-nin satışı reallaşdırılmış "Azerspace-1 peykinin kommersiya fəaliyyətindən 50 milyon ABŞ dollarından çox vəsait əldə edilib. Dünya peyk xidmətləri bazarına daxil olduğu bu 4 il ərzində potensial müştərilərin cəlb edilməsi və peykin yerləşdiyi orbital mövqenin tanıdılması istiqamətində intensiv fəaliyyət həyata keçirilib.
2014-cü ildə "Azərspace-1 peyki vasitəsilə ilə Azərbaycanın bütün televiziya və radio kanalları keyfiyyətli yayıma başlayı. Hazırda "Azerspace-1 peykində Azərbaycan, rus, ukrayna, gürcü, türk dillərində ümumilikdə 30 televiziya və 17 radio kanalı yayımlanmaqdadır.
Bununla yanaşı, "Azərkosmos artıq Azərbaycan, Malayziya, Rusiya, Almaniya, Ukrayna, Misir, Gürcüstan, Birləşmiş Ərəb Əmirliyi, Türkiyə, Livan, Kamerun Birləşmiş Krallıq, Qırğısıztan, Tacikistan, Estoniya, Belarus kimi ölkələrdən müxtəlif sektorlar üzrə TV və radio kanallar, teleradio yayım şirkətləri, data provayderləri, dövlət qurumları və digər telekommunikasiya şirkətlərindən olan müştərilərə yüksək keyfiyyətli peyk xidmətləri göstərir.
"Azərkosmosun strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, "Azərkosmos 2017-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı planlaşdırılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. "Azerspace-2 regionda artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk həm də birinci telekommunikasiya peyki olan "Azerspace-1 orbitdəki ehtiyatı olacaq və "Azərkosmosa müştərilərinə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin, Azerspace-2 sayəsində şirkətin əhatə zonası da genişlənəcək.