Bakıda intihar hadisəsi baş verib.

Unikal.org Apa-ya istinadən xəbər verir ki, bu barədə Xəzər rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə Mərdəkan qəsəbəsi, 852 saylı bağ evində qeydə alınıb. Orada yaşayan əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Samir Akif oğlu Hacıyev evin zirzəmisində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla ağlı cinayət işi başlanıb, istintaq gedir.