Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində tanınmış jurnalist, aznews.az-ın əməkdaşı Bahar Rüstəmlinin evi qarət olunub.

Unikal.org xəbər verir ki, hadisə Binəqədi rayonun Biləcəri qəsəbəsindəki yeni yaşayış massivindəki həyət evində baş verib. Fevralın 8-də saat 15:00 radələrində evə girən nəmalum şəxslər jurnalistə məxsus təxminən 1500-2000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin "102 xidmətinə məlumat verilib. Araşdırma aparılır.