Blogger Mehman Huseynov barəsində qarşı xüsusi ittiham qaydasında şikayəti Nəsimi rayon polis idarəsinin rəisi Musayev Musa Oktay oğlu verib.
Unikal.org istinadən xəbər verir ki, bu barədə Mehman Hüseynovun vəkili Elçin Sadıqov məlumat yayıb.
Polis idarəsinin rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını xahiş edir.
Məhkəmə şikayəti təmin edəcəyi təqdirdə Mehman Hüseynovu iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.