Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin ümumi məbləği 2017-ci il yanvarın 1-nə 1 472,6 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankdan Unikal.org-a verilən məlumata görə, bu, ötən ilin dekabrın 1-i ilə müqayisədə 30,3 mln. manat və yaxud 2,13% çoxdur.

Son bir ildə isə vaxtı keçmiş kreditlər 35,9 mln. manat və yaxud 2,38% azalıb.

Qeyd edək ki,2016-cı ilin sonunda problemli kreditlər ümumi kredit portfelinin 8,95%-ni təşkil edib. Bu nisbət 1 ay əvvəl 8,86%, 2015-ci ilin sonunda isə 6,94% olub.