Bir azərbaycanlı və bir türk Ukraynanın Lvov vilayəti ərazisində hoppanaraq yük qatarına miniblər, ancaq sərhədçilər onları saxlayıblar.
Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Sərhəd Xidmətinin mətbuat mərkəzi xəbər yayıb.
Bildirilir ki, "Mostiska dəmiryol stansiyasında yaxalanan azərbaycanlının 30, Türkiyə vətəndaşının isə 24 yaşı var. Onlar son anda-qatar Polşaya yola düşməyə hazırlaşarkən saxlanılıblar.
Məlum olub ki, onlar Ukraynaya xarici vətəndaşlar üçün lazım olan qaydada gəliblər. Amma sonradan bütün sərhəd sədlərini qanunsuz keçərək Avropa Birliyinə düşməyə qərar veriblər.