Unikal.org lent.az-a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş "Şınıx marketdən Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşlarıgəlib və obyektin giriş qapısının açıq olduğu aşkar edilib. Obyektə baxış zamanı marketin daxilində oğurluğa cəhd edən əlində bıçaq olan müəyyən edilib. Masallı rayon sakini, Sabunçu qəsəbəsində kirayə yaşayan əvvəllər məhkum olunmuş, 1999-cu il təvəllüdlü Elçin İkram oğlu Xəlilov saxlanılıb və sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 12-ci Polis Bölməsinə təhvil verilib.
Burada E.Xəlilovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralin 8-nə keçən gecə Sabunçu qəsəbə sakini Mürvət Nəsibova məxsus mağazadan 30 manat pul və tütün məmulatı, fevralın 10-u saat 03 radələrində Zabrat qəsəbəsinin ərazisində, qəsəbə sakinləri Fazil İbrahimova məxsus mağazadan 120 manat pul və təmir-tikinti alətləri, Roman Malyunkinə məxsus telefon təmiri məntəqəsindən müxtəlif markalı 6 ədəd mobil telefon oğurlaması müəyyən edilib.