Əməkdar artist Kübra Dadaşova vəfat edib.

Unikal.org-un məlumatına görə bu barədə aktyor Nofəl Vəliyev özünün Facebook səhifəsində yazıb.

Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə hələ tələbə ikən - 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb. 16 may 2006-cı ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.

O, teatr tamaşaları ilə yanaşı "Qəzəlxan, "Yaramaz, "Yuxu, "Zirzəmi və başqa filmlərdə oynayıb.

Allah rəhmət eləsin.