Evinin zirzəmisindən 269,5 min avro tapıb. Tapdığı pul haqda dərhal polisə məlumat verib.
Unikal.org xəbər verir ki, bu hadisə Avstriyanın Qrats şəhər sakininin başına gəlib. 42 yaşlı şəxs bu evə ötən il köçüb. Zirzəmini yığışdırarkən karton yeşik tapıb. Yeşiyin içində 500 nominallıq pullar olub. Pulları tapdıqdan bir müddət sonra polisə xəbər verib. Ola bilsin ki, pullar kriminal hadisə ilə bağlıdır.
Hazırda polis hadisəni araşdırır.