İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi ağır yaralanıb.

Unikal.org-un xəbərinə görə, bu barədə "Alsumaria və "Alhurra telekanalları məlumat verib.

Məlumata əsasən, Əl-Bağdadi İraqın qərbində endirilən hava zərbəsi nəticəsində yaralanıb. Onun müalicə üçün Suriya ərazisinə aparıldığı bildirilir.

Əvvəllər Əbu Bəkr Əl-Bağdadinin yaralanması və yaxud ölümü ilə əlaqədar dəfələrlə məlumatlar yayılıb. Lakin onların heç biri təsdiqini tapmayıb.